Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“WhatsApp” messencerinin yaradıcısı Pavel Durovu plagiatlıqda ittiham edib
“WhatsApp” messencerinin yaradıcısı Yan Koum "VKontakte" sosial şəbəkəsinin təsisçisi Pavel Durovu onun məhsulunun köçürülməsində ittiham edib.
"Pavel Durov yalnız “Facebook” və “WhatsApp” kimi məhsulları köçürməyi bacarır – Yan Koum deyib. Onun heç vaxt orijinal ideyası olmayıb və olmayacaq". “WhatsApp” yaradıcısı, həmçinin qeyd edib ki, onun mobil messencerindən 300 milyon insan istifadə edir.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Pavel Durov “iOS” platforması üçün “Telegram” messencerini təqdim etdikdən sonra Koum bu cür bəyanatla çıxış edib. Maraqlıdır ki, Durov öz tətbiqindən danışarkən onun “WhatsApp” messenceri ilə oxşarlığını etiraf edib. O deyib ki, oxşarlığa baxmayaraq, “Telegram” messenceri bir neçə özəlliyə malikdir. Məsələn, Durov ötürülən mesajların şifrlənməsini və tətbiqin funksionallığının genişləndirilməsi imkanını vurğulayıb.
Xatırladaq ki, “WhatsApp” messenceri 2009-cu ildə yaradılıb. Messencer “iOS”, “Android”, “Symbian” və başqa populyar platformalarda işləyən qurğu sahiblərinə yazışmağa imkan verir.
Emil Hüseynov
16/08/13 Çap et