Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal mobil tətbiq bazarının həcmi 75 milyard dollar təşkil edəcək


“Juniper Research” analitik şirkətinin ekspertlərinin hesablamalarına əsasən, 2017-ci ilədək qlobal mobil tətbiq bazarının həcmi 75 milyard dollaradək artacaq. Bu məbləğin 25%-i ödənişli tətbiqlərin payına düşəcək: tətbiq istehsalçıları pulun digər hissəsini reklam nümayişi və mikroəməliyyatlardan (istifadəçilərə tətbiqlərdə əlavə xidmət və funksiyaların satılması) qazanacaqlar.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, analitiklər, həmçinin iddia edirlər ki, 4 il sonra bazarda yeni böyük  mobil tətbiq mağazaları yarana və “Apple AppStore” və “Google Play” mağazalarına ciddi rəqib ola bilərlər.

Emil Hüseynov
 




16/08/13    Çap et