Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda vahid ödəmə sistemini tətbiq etməyi planlaşdırır
Nəqliyyat Nazirliyinin İqtisadiyyat və nəqliyyat siyasəti şöbəsinin rəisi Sədrəddin Məmmədov deyib ki, gələn ildən Azərbaycanın Nəqliyyat Nazirliyi Bakı şəhərinin ictimai nəqliyyatda vahid ödəmə sisteminin tətbiqi ilə bağlı işlərə başlaya bilər. Onun sözlərinə görə, yeni sistem bütün nəqliyyat növlərində gediş haqqını ödəmək üçün vahid kartlardan istifadəni və elektron ödəməni həyata keçirmək üçün xüsusi avadanlıqların tətbiqini nəzərdə tutur. “İşlərə gələn ildən başlamaq mümkün olacaq, amma bu, hələ ki təxmini müddətdir”. S.Məmmədovun sözlərinə görə, vahid ödəmə sistemi Bakı nəqliyyatının intellektual idarəetmə sisteminə uyğunlaşdırılacaq.
09/08/11 Çap et