Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Emanat” ödəniş sisteminin şəbəkəsi genişlənir
Azərbaycan elektron ödəniş xidmətləri bazarında özünə yer edən "Emanat" sistemi son altı ay ərzində ölkənin 18-dən çox regionunda öz terminallarını quraşdırıb.
"Modenis" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, şirkətin terminalları Gəncə, Biləsuvar, Saatlı, Şəmkir, Göygöl, Samux, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Tovuz, Yevlax, Qazax, Ağstafa, Hacıqabul, Kürdəmir və digər regionlarda quraşdırılıb.
"Mart ayından bu günədək biz ölkə üzrə 309 terminal quraşdırmışıq, onların 43-ü Bakıda fəaliyyət göstərir. İlin sonuna kimi biz bu terminalların sayını 963-ə qədər artırmaq niyyətindəyik, onlardan 711-i Bakıda quraşdırılacaq", - deyə şirkətdə bildiriblər.
Qeyd edək ki, "Emanat" brendi altında fəaliyyət göstərən terminallar dünyada ən geniş terminal şəbəkəsinə malik olan "QIWI" qrupuna aiddir. "QIWI" qrupunun səhmdarları "Mail.ru Group", "QIWI" qrupunun menecmenti və beynəlxalq "Mitsui & Co., Ltd" şirkətidir.
Bir neçə ay bundan öncə "Contact" və "QIWI" ödəniş sistemləri Abxaziyaya, Azərbaycana, Belarusa, Gürcüstana, Qazaxıstana, Tacikistana, Ukraynaya və digər ölkələrdən olan istifadəçilərin bivalyuta pul köçürmələri həyata keçirmək imkanının təqdim edilməsi haqda məlumat yayılıb. Belə ki, "Contact" pulköçürmələrini «QIWI terminalları» vasitəsilə rublda göndərib, ABŞ dollarında almaq olar.
Aynur Vəliyeva
16/08/13 Çap et