Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Skype” proqram təminatı “Windows 8.1” əməliyyat sisteminə daxil ediləcək
"Microsoft" korporasiyasından verilən məlumata əsasən, "Skype" proqram təminatı "Windows 8.1" əməliyyat sisteminin standart tədarük dəstinə daxil ediləcək.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Amerika şirkəti "Skype" proqram təminatını 2011-ci ildə satın alıb, lakin o vaxtdan "Microsoft" sözügedən proqram təminatını öz məhsullarına kifayət qədər ehtiyatla inteqrasiya edirdi, çünki Amerika şirkəti hər hansı narahatçılığın yaranmasından çəkinirdi.
"Hazırda 300 milyondan çox insan ünsiyyət üçün "Skype" proqram təminatından istifadə edir. "Skype" proqram təminatı "Windows 8.1" əməliyyat sisteminə öncədən daxil ediləcək" – "Microsoft" şirkətinin nümayəndəsi Rayen Qevin deyib.
Qeyd edək ki, "Windows 8.1" ƏS-nin çıxarılması oktyabrın 18-nə nəzərdə tutulub.
Emil Hüseynov
16/08/13 Çap et