Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dell” şirkətinin mənfəəti azalıb


“Dell” şirkəti bu gün son üç rüb ərzində ilk dəfə olaraq maliyyə nəticələrini açıqlayıb. Bu nəticələr bir daha investorlara istehsalçının çətin maliyyə vəziyyətində olmasını göstərib. Dərc edilmiş məlumatlara əsasən, ikinci maliyyə rübündə şirkətin xalis mənfəəti 72% azalaraq 204 milyon dollar olub. Ötən il bu göstərici 732 milyon dollar dəyərində olub. “Dell” şirkətinin mədaxili il ərzində dəyişməyib və 14,5 milyard dollar təşkil edib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, analitiklər 275 milyon dollar dəyərində mənfəət gözləyirdilər.

Ekspertlər deyirlər ki, “Dell” şirkətinin zəif maliyyə nəticələri səhmdarların şirkətin səhmlərindən çıxması və Maykl Dell və “Silver Lake Management” fondu tərəfindən təklif edilən 25 milyard dollara şirkətin özəlləşdirməsi variantına razılaşmaq üçün daha bir səbəbdir. Şirkətin məlumatlarına əsasən, server və şəbəkə avadanlığına tələbatın artması sayəsində satışların həcmini ötən ilki səviyyədə saxlamaq mümkün olub, halbuki masaüstü və noutbukların satış həcmi azalır.

Emil Hüseynov
 
 
 
 
 




16/08/13    Çap et