Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” 100 milyon dollar dəyərində cərimələnib
Cənubi Koreyanın "Samsung" korporasiyası Braziliyada əmək qanunvericiliyini vaxtaşırı və kobud şəkildə pozur. "Samsung" şirkətinin ən böyük xarici müəssisələrindən birində vəziyyəti araşdırmış Əmək Nazirliyinin ekspertlərinin gəldiyi nəticə buna səbəb kimi göstərilib.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, sözügedən hadisə Manausda yerləşən fabrikdə baş verib.
"Samsung" şirkətinin Braziliyada yerləşən əsas müəssisəsində vəziyyət o qədər acınacaqlıdır ki, Əmək Nazirliyi Cənubi Koreya korporasiyasından 100 milyon dollar alınması iddiası ilə məhkəmə orqanlarına müraciət edib. İddiada qeyd edilib ki, "Samsung" şirkətinin Manausda yerləşən müəssisəsinin işçilərini gün ərzində 15 saat işləməyə məcbur edirlər, həm də onlar iş gününün 10 saatını ayaq üstə keçirlər.
Bu qalmaqalla əlaqədar "Samsung" şirkətinin yaydığı rəsmi məlumata əsasən, konsern ona qarşı məhkəmədə qaldırılmış iddianı diqqətlə araşdırır və braziliya hakimiyyəti ilə əməkdaşlıq etməyə söz verib.
Emil Hüseynov
16/08/13 Çap et