Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AMD” şirkəti nə üçün mobil rabitə bazarına diqqət göstərmir?


Bir çox texnologiya şirkətləri öz məhsullarını məmnuniyyətlə mobil sənaye ilə əlaqələndirirlər. Yığcam və funksional cihazlara artan tələbatı və marağı nəzərə alsaq, bu təəccüblü deyil. Lakin mobil istiqamət hamı üçün maraqlı deyil. Belə ki, “x86” arxitekturasında prosessor istehsalı həcminə görə ikinci olan “AMD” şirkəti indiyə qədər mobil sahədə iştirak etmir.
Bu məsələyə “Pacific Crest Securities Technology Leadership Forum” konfransı gedişində “AMD Products Group” bölməsinin vitse-prezidenti və baş meneceri Rik Berqman münasibət bildirib. Onun sözlərinə görə, şirkət bilərəkdən “həddən artıq doymuş” ultramobil bazarına doğru istiqamətlənmir. Bizim server, noutbuk və hal-hazırda da planşet bazarında bir çox imkanlarımız var; biz məhz onlara diqqət ayırmaq niyyətindəyik" – deyə şirkət rəhbəri bildirib.




09/08/11    Çap et