Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət strukturlarında informasiya köşklərinin quraşdırılmasına başlanılır


Komputer avadanlıqları istehsalçısı olan "KÜR" zavadu Azərbaycan dövlət strukturlarına Multitouch-ekranlı
informasiya köşklərinin ilk çatdırılmasını həyata keçirib.

Zavod 32, 42 və 56 düym dioqanala malik, "Multitouch" ekranlarla təchiz edilmiş yeni sensor informasiya
köşklərini bazara çıxarmağı planlaşdırır.

Sensor həll müasir "Multitouch" tətbiqlərin və təqdimatların hazırlanması üçün layihələndirilib.
Hazırda qurğular daxili yoxlamadan keçirilib və sifariş əsasında istehsal xəttinə daxil olub.

İnformasiya köşkləri muzeylər, turizm şirkətlər, sərgi mərkəzləri, biznes-mərkəzlər, ticarət obyektləri,
avtosalonlar və digər yerlərdə tətbiq oluna bilər.




16/08/13    Çap et