Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” internet televiziyası bazarına çıxır



Yaponiyanın elektronika istehsalçısı “Sony” şirkəti “Viacom” media şirkəti ilə oyun konsolları, televizor və “Blu-ray” pleyerlərdə fəaliyyət göstərəcək internet servislərində telekanalların (MTV, Comedy Central, Nickelodeon və s.) yayılmasına dair ilkin razılaşma əldə edib.

Kontentin kabel televiziyasından yan keçərək ötürülməsi nəzərdə tutulur.

Televiziya verilişləri ilə yanaşı, yeni xidmət sorğu üzrə televiziya şouları və filmləri verəcək. Beləliklə, “Sony” istehsalı olan elektronikaya tələbatı stimullaşdırmaq üçün internet televiziyası bazarına çıxmaq niyyətindədir.  

Bir müddət əvvəl şirkət rəhbəri Kazuo Hirai “Sony”nin məhsulları bir ekosistemdə birləşdirməyi nəzərdə tutan “One Sony” strategiyası çərçivəsində kontent istehsalı və televiziya şəbəkələrinə sərmayələr yatırmaqda davam edəcəyini bildirib, - “DailyComm” www.dailycomm.ru yazır.








16/08/13    Çap et