Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bulud” anbarında yerləşən məlumatları şifrələməyə başlayıb


“Google Cloud Storage” xidməti hazırda istifadəçilərin bütün məlumatlarını avtomatik və ödənişsiz şifrələyir. İnternet nəhənginin “bulud” istiqamətli məhsulları üzrə meneceri Deyv Bartın sözlərinə görə, tətbiq edilmiş şifrlənmə prosesi istifadəçilər üçün tamamilə şəffafdır və xidmətin məhsuldarlığına təsir etmir.

"Siz məlumatlarınızın şifrələnməsinə icazə verirsinizsə, o zaman məlumatların şifrələnməsi üçün kənar həllərdən istifadəyə ehtiyac yoxdur" – o deyib.

"Biz müştəri açarlarını hökumətə təqdim etmirik" – “Google” şirkətindən bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, texniki nöqteyi-nəzərdən, yeni xidmət 128 bitlik “AES” (Advanced Encryption Standard) standartından istifadə edir. O qeyd edib ki, müasir maliyyə məlumatlarının əksəriyyəti üçün artıq 256 bitlik “AES” standartı tətbiq edilir.

Emil Hüseynov
 




16/08/13    Çap et