Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər ABŞ-ın Energetika Nazirliyinə kiberhücum həyata keçiriblər


Naməlum hakerlərin ABŞ Energetika Nazirliyinin verilənlər bazasına kiberhücumu sözügedən idarənin 14 min əməkdaşının şəxsi informasiyasının itkisi ilə nəticələnib.

Dünən Energetika Nazirliyindən verilmiş məlumata əsasən, kibercinayətkarlar, məsələn, Amerika vətəndaşlarının sosial sığorta nömrələrini ələ keçirə biliblər.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, təhlükəsizlik xidməti və Energetika Nazirliyinin kompüter mütəxəssisləri baş vermiş hadisəni araşdırırlar.

Kibercinayətkarlar tərəfindən şəxsi məlumatları ələ keçirilmiş insanlara ehtiyac olduğu halda hökumət kömək edəcək.

Emil Hüseynov




17/08/13    Çap et