Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Opera Software”: mobil brauzerlərin rolu artır
Norveçin "Opera Software" şirkəti bu gün ikinci rüb üzrə maliyyə hesabatını dərc edib. Satışların həcmi 40% artaraq 73,1 milyon dollar olub, həmçinin mobil istiqamət üzrə gəlirin həcmi 53% artıb. Bu rübün yekununa görə, "Opera" şirkəti sözügedən istiqamətdə 15,9 milyon dollar qazanmağa müvəffəq olub.
Xatırladaq ki, hesabat rübündə şirkət brauzerlər xəttini yeniləyib.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətin hesabatına əsasən, "Opera"nın masaüstü brauzer istiqamətində gəliri 10% azalaraq 14,2 milyon dollar olub.
Emil Hüseynov
17/08/13 Çap et