Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Onlayn sınaq test imtahanlarının keçirilməsi” e-xidməti ictimai müzakirəyə çıxarılıb


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təqdim edilən “Onlayn sınaq test imtahanlarının keçirilməsi” xidmətinin inzibati reqlamenti ictimai müzakirədədir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, vətəndaşlar xidmətlə bağlı fikirlərini DQMK-nın rəsmi saytının (dqmk.gov.az)  “Elektron xidmətlər” bölməsində yer alan “Onlayn sınaq test imtahanlarının keçirilməsi” alt bölməsi vasitəsilə elektron qaydada komissiyaya ünvanlaya bilərlər.

Sözügedən elektron xidmət inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşlar ilə onlayn sınaq test imtahanının keçirilməsini əhatə edir.

İstifadəçiləri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədə və ya elektron imzaya malik fiziki şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçiriləcək.
 
CAHANGİR




17/08/13    Çap et