Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qarşısında nöqtəsi olmayan domenlər qadağan edildi



ICANN (internetdə domen adların və zonaların verilməsini həyata keçirən təşkilat - Internet Corporation for Assigned Names and Numbers) internet korporasiyası adının qarşısında nöqtəsi olmayan yüksək səviyyəli yeni domenlərin (gTLD) verilməsi ideyasından imtina edib.

Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.

“New gTLD” proqramı 2011-ci ildə elan edilib və 2012-ci ilin əvvəlində yüksək səviyyəli yeni domenlər üçün ərizələrin qəbuluna başlanıb. Dekabrın əvvəlində 1,4 min yeni domenin qeydiyyatı üçün 1,9 min ərizə arasında püşkatma keçirilib. Ərizəçilərə qarşı əvvəlcədən olan tələblərə görə nöqtəsiz domenlərə icazə verilmirdi.  

Lakin bir sıra təşkilatlar, o cümlədən “Google” şirkəti “ICANN”a adının qarşısında nöqtəsi olmayan domenlər yaratmağı təklif edib. Məsələn, "Google” nümayəndələrinin fikrincə, http://search domeni ixtisaslaşmış texniki standartları və ünvanlanma mexanizmi ilə istifadəçiyə müxtəlif axtarış resursları vasitəsilə internet axtarışını daha asan üsulla həyata keçirməyə imkan verər, - "Digit” www.digit.ru yazır.








19/08/13    Çap et