Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mercedes” də “Google Glass” dan istifadə olunacaq



“Mercedes-Benz” avtomobil istehsalçısı kompüter eynəklərindən avtomobil naviqasiyası qismində istifadə məqsədilə “Google Glass” əlavə reallıq eynəklərini sınaqdan keçirir.  

Avtomobil istehsalçıları naviqasiya sisteminin proyeksiya edilməsi üçün çoxdan ideal yer tapmağa çalışırlar. Naviqasiya sisteminin cihazlar panelində quraşdırılması standart variantdır, lakin bu halda sürücü diqqətini yoldan ayıraraq panelə yönəltməli olur ki, bu da müəyyən təhlükə yaradır.

Naviqasiya sxeminin ön şüşəyə proyeksiya edilməsinə də cəhd göstərilir, lakin belə vəziyyətdə görünüş dairəsi bir qədər bağlanır.

Buradan belə qənaətə gəlmək olar ki, “Google Glass” displeyi naviqasiya üçün ideal şəkildə yarıyır, çünki sürücü diqqətini ümumiyyətlə yoldan ayırmır. Belə ki, o, xəritəni “Google Glass” təsvirinin proyeksiyasının düşdüyü görünüş sahəsinin sağ yuxarı küncündə yan baxışla görə bilər, - “IT Expert www.itexpert.org.ua” yazır. 




19/08/13    Çap et