Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Audi” avtomobillərində yüksəksürətli “4G” interneti olacaq
Cari ilin noyabrında satışa çıxarılacaq "Audi" avtomobillərinin bort kompüter sistemlərində yüksəksürətli "4G" internet əlçatan olacaq. Bunun üçün nəzərdə tutulmuş slota müvafiq SİM kart yerləşdirməklə sürücü "Audi" maşınının bütün şəbəkə resurslarından (musiqiyə axın rejimində qulaq asmaq və video izləmək, həmçinin salonda əyləşən sərnişinləri simsiz internetlə təmin etmək) istifadə imkanına malik olacaq.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, yeni "Audi A3" sedanları ilk olaraq "4G" internet şəbəkəsini dəstəkləyəcək. Gələcəkdə şirkət başqa avtomobillərini də təkmilləşdirilmiş bort sistemləri ilə təchiz edə bilər.
Emil Hüseynov
19/08/13 Çap et