Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
15 ən bahalı domen adı
Sayt üçün domen adlarının seçiminin əhəmiyyəti böyükdür, çünki biznesin uğuru çox vaxt ondan asılıdır. Bu səbəbdən internetdə domen adları uğrunda daim mübarizə gedir.
İnternetin erkən inkişaf mərhələlərində bir çoxları domen adının dəyərini başa düşmüş və onları sonradan satmaq məqsədi üçün kütləvi şəkildə satın alıblar. Beləcə kiberskvottinq anlayışı (domen adlarının onların sonradan baha qiymətə satılması üçün kütləvi şəkildə qeydiyyatdan keçirilməsi) meydana gəlib.
Top 15 aşağıdakı kimidir:
15. “Korea.com” (2000-ci il, 5 milyon dollar);
14. “SEO.com” (2007-ci il, 5 milyon dollar);
13. “Toys.com” (2009-cu il, 5.1 milyon dollar);
12. “Casino.com” (2003-cü il, 5.5 milyon dollar);
11. “Slots.com” (2010-cu il, 5.5 milyon dollar);
10. “Beer.com” (2004-cü il, 7 milyon dollar);
9. “Business.com” (7.5 milyon dollar);
8. “Diamond.com” (7.5 milyon dollar);
7. “Fb.com” (2010-cu il, 8.5 milyon dollar);
6. “Porn.com” (2007-ci il, 9.5 milyon dollar);
5. “Fund.com” (2008-ci il, 9.99 milyon dollar);
4. “Hotels.com” (2001-ci il, 11 milyon dollar);
3. “Sex.com” (12-14 milyon dollar);
2. “PrivateJet.com” (30.18 milyon dollar);
1. “VacationRentals.com” (2007-ci il, 35 milyon dollar);
Emil Hüseynov
19/08/13 Çap et