Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşetlər üçün tutumlu sensor ekranların tədarük həcmi 112% artıb
Ucuz 7 düymlük planşetlərə olan yüksək tələbat panellərin tədarük həcminin artmasına imkan yaradır. “IHS” informasiya analitik agentliyinin məlumatlarına əsasən, 2013-cü ilin birinci rübündə qlobal bazara planşetlər üçün 45,2 milyon tutumlu sensor ekran tədarük edilib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin hesablamalarına görə, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərici iki dəfədən çox (daha dəqiq 119%) artıb.
Emil Hüseynov
19/08/13 Çap et