Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda hansı dövlət qurumunun elektron xidmətlərinə daha çox tələbat var?



 
Azərbaycanda göstərdiyi elektron xidmətlərə ən çox müraciət edilən dövlət qurumu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir.

Hazırda nazirlik tərəfindən 24 elektron xidmət göstərilir və bu xidmətlərə təkcə iyul ayı ərzində 54 min 207 dəfə müraciət edilib.

Xidmətlərinə göstərilən marağa görə Dövlət Sosial Müdafiə Fondu (7 xidmət) 12 177 müraciətlə ikinci yeri tutur, üçüncü yerdə isə 10 elektron xidmət göstərən    Vergilər Nazirliyi 1564 müraciətlə qərarlaşıb.
1407 müraciətlə Ədliyyə Nazirliyi, 1323 müraciətlə Daxili İşlər Nazirliyi, 739 müraciətlə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 579 müraciətlə Təhsil Nazirliyi, 445 müraciətlə Səhiyyə Nazirliyi, 351 müraciətlə “Azərsu” ASC və 317 müraciətlə Dövlət Gömrük Komitəsi ilk onluğa  daxildir.

Elektron xidmətlərinə ən az müraciət edilən dövlət qurumları isə Dövlət Sərhəd Xidməti, Müəllif Hüquqları Agentliyi, Gənclər və İdman Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müdafiə Sənayesi Nazirliyi, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Milli Arxiv İdarəsidir.




19/08/13    Çap et