Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni proqram təminatı internetin 98%-ni 45 dəqiqə ərzində skan edə bilər
Miçiqan Universitetində işləyən mütəxəssislərin hazırladığı həll 1 Qbit/s sürətli serverin köməkliyi ilə bütün interneti (IPv4 diapazonunun 98%-ni) 45 dəqiqə ərzində skan edə bilər.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən həllər uzun illər boyunca mövcud olub, lakin müasir internetin həcmini və əksər qoşulmaların sürətini nəzərə alsaq, IPv4 diapazonunu skan etmək üçün 100 və ya hətta 1000 serverdən ibarət botnet lazımdır.
Yeni həll “Zmap” adlanır.
Emil Hüseynov
20/08/13 Çap et