Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2020-ci ilədək Çinin böyük şəhərlərində 1 Qbit/s sürətində internet olacaq
Çin 2020-ci ilədək ölkənin şəhər və kənd rayonları genişzolaqlı internet şəbəkəsi ilə əhatə etməyə çalışacaq. "Sinxua" agentliyinin yaydığı məlumata əsasən, Çin Xalq Respublikasının (ÇXR) dövlət şurası şənbə günü qarşıdakı 8 ildə onun həyata keçirilməsi qrafikini təqdim edib.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, qrafikə əsasən, 2013-cü ilədək şəhərin əsas ictimai yerlərində simsiz internet əlçatan olacaq. 2015-ci ilədək Çin ailələrinin yarısı genişzolaqlı internet şəbəkəsindən istifadə edəcək. Bundan başqa, bəzi inkişaf etmiş şəhərlərdə yaşayan ailələr 2020-ci ilədək 1 Qbit/s sürətli genişzolaqlı şəbəkədən istifadə edəcəklər.
Sözügedən milli strategiya üç mərhələdə reallaşdırılacaq. 2013-cü ildə səylər əsasən, optik-lif şəbəkəsi və üçüncü nəsil mobil rabitəsinin əhatə dairəsinin artırılmasına yönəldiləcək. 2014-2015-ci illərdə genişzolaqlı internetin əhatə dairəsi genişləndiriləcək. 2016-2020-ci illərdə qarşıya qoyulmuş əsas vəzifə genişzolaqlı şəbəkə və texnologiyaların modernləşdirilməsi olacaq.
Emil Hüseynov
20/08/13 Çap et