Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Orta səviyyəli “iPhone” orta ölçülü soyuducu ilə müqayisədə daha çox enerji sərf edir



“Apple” şirkətinin smartfonları orta ölçülü müasir soyuducularla müqayisədə daha çox enerji sərf edir. Belə ki, orta ölçülü soyuducu ildə təxminən 322 kilovat/saat sərf etdiyi halda, “iPhone” smartfonunda bu göstərici 360 kilovat/saat təşkil edir.

“Digital Power Group” şirkətinin ekspertlərinin araşdırmasına əsasən, enerjinin çox hissəsi simsiz qoşulma və informasiyanın “bulud”da ötürülməsinə cavabdeh olan məlumat mərkəzlərinin işini dəstəkləməyə sərf olunur.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, ümumilikdə hazırda qlobal kommunikasiya sistemləri ildə təxminən  1500 teravatt/saat istifadə edir ki, bu da ümumdünya enerji istehlakının 10%-nə bərabərdir. Müqayisə üçün, 1 teravatt enerji ildə 90 min evin enerji ilə təmini üçün kifayətdir.

Emil Hüseynov
 
 
 
 




20/08/13    Çap et