Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsraildə futurizm üslubunda ilk nəqliyyat sistemi işə salına bilər


"The Verge" resursu bildirib ki, hələ 2009-cu ildə Kaliforniyanın "Unimodal Systems" şirkətinin mütəxəssisləri və "Eyms" tədqiqat mərkəzi tərəfindən təkmilləşdirilmiş nəqliyyat sisteminin layihəsi Təl-Əvivdə reallaşdırıla bilər.

Bu barədə Təl-Əviv icra hakimiyyətinin rəhbəri Ron Xuldai deyib. Söhbət "SkyTran" sərnişindaşıma sistemindən gedir. Sözügedən sərnişindaşıma sistemində sərnişinləri daşımaq  üçün "Sky pod" adlı xüsusi kabinələrdən istifadə olunur  və onların hərəkəti maqnit sahəsinin köməkliyi ilə həyata keçirilir. Nəzəriyyədə, sözügedən kabinələrin maqnit asma yolunda maksimal sürəti saatda 240 km təşkil edir.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, "SkyTran" şirkətinin baş direktoru Cerri Sanders sözügedən nəqliyyat sisteminin tikintisinə 50 milyon dollar cəlb etməyi planlaşdırır. Nəticədə "SkyTran" vasitəsilə Təl-Əviv universiteti, mədəniyyət və istirahət parkı və ticarət rayonunu birləşdirmək mümkün olacaq. Sözügedən məntəqələr arasında ümumi məsafə 6,5 kilometr təşkil edəcək.

Cənab Sandersin sözlərinə görə, bütün normativ və maliyyə sualları tənzimləndikdən sonra bu layihənin tikintisinə təxminən 18 ay vaxt lazımdır.

Emil Hüseynov
 
 




20/08/13    Çap et