Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Paytaxtda daha “ağıllı” taksofonlar quraşdırılacaq
Yeni taksofonların işinə intellektual idarəetmə sistemi ilə nəzarət olunur. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Telefon Avtomatları Qovşağının rəis Rəfalət Tarverdiyev məlumat verib.
O bildirib ki, hələlik Bakı şəhərində belə universal taksofonlar həm kartla, həm də qəpiklə işləyir. Dünyada "ağıllı" taksofonlar kimi tanınan universal taksofonların hər biri şəhər nömrələri ilə təmin olunduğundan bu nömrələr mərkəzi serverə qoşulub.
"Taksofonda nə vaxt danışıq aparıldığı, kassada nə qədər pulun olması belə qeyd olunur. Bundan başqa aparatlarda hər hansı problem olduqda mərkəzdən onlayn olaraq təmir etmək mümkündür"- deyə R.Tarverdiyev qeyd edib.
Qeyd edək ki, BTRİB daha müasir "ağıllı" taksofonlar almağı planlaşdırır.
RƏVAN
20/08/13 Çap et