Kanada yolları maralların tanınması sistemi ilə təchiz ediləcək
"Rotalec Inc." şirkəti Kanadanın Ontario şəhərinin yaxınlığındakı yolun 2 kilometrini sığın, maral və digər böyük heyvanların tanınması üçün nəzərdə tutulan xüsusi sistemlə təchiz edib.
Maral detektoru lazer məsafəölçəninə oxşar işləyir. Cihaz quraşdırıldığı yerin 700 metr radiusuna düşən obyektləri aşkar edir. Sistem müəlliflərinin sözlərinə görə, qurğunun sadə hərəkət detektorları ilə müqayisədə əsas üstünlüyü nəzarət olunan zonaya düşən sığının ərazini tərk edənədək sistem tərəfindən izlənməsindədir.
Bundan başqa, heyvan yolun təhlükəli hissəsində olduqda, yaxınlıqda quraşdırılan yol hərəkəti nişanlarının xüsusi siqnalları yanıb-sönməklə sürücünü bu barədə xəbərdar etməyə başlayır.
Sistem sığın, maral və ya insan kimi iri obyektləri müəyyən etsə də, toqquşma halında təhlükəsiz quş və ya məməli heyvanları nəzərə almır, yollarda normal hərəkət edən avtomobilləri tanıyır və onlara reaksiya vermir. Hazırda sınaq məqsədilə yolda quraşdırılan sistemə cəmi 3 radar daxildir, - "Lenta
www.lenta.ru" yazır.