Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ruslar kiberdöyüşçülər yetişdirəcək


Rusiya Perspektivli Tədqiqatlar Fondunun rəhbəri Andrey Qriqorev ölkə Silahlı Qüvvələrinin tərkibində kibertəhdidlərlə mübarizə üçün ayrıca qoşun növünün yaradılmasını təsdiq edib.

"Hazırda kiberməkanın vəzifəsi formalaşdırılıb, artıq Müdafiə Nazirliyində kiberkomandanlığın və yeni qoşun növünün yaradılması ilə bağlı qərar qəbul edilib. Biz orada işləyəcək potensial insanlarla əlaqə yaratmışıq və indi bu işdə inkişaf etdirəcəyimiz proqramın ümumi məzmununu işləyib hazırlayırıq", - "Exo Moskvı" radiostansiyasının efirində A.Qriqorev bildirib. 
  
Qeyd edək ki, ABŞ Perspektivli Tədqiqatlar Agentliyinin (DARPA) analoqu kimi yaradılan Rusiya Perspektivli Tədqiqatlar Fondu ölkənin müdafiə maraqları naminə riskli işləmələrə kömək etməlidir. 2013-cü il üçün büdcəsi 2,3 milyard rubl təşkil edən fondun mütləq vəzifəsi hərbi-texniki, texnoloji, sosial-iqtisadi sahələrdə keyfiyyətcə yeni nəticələrin əldə olunmasıdır, - "Digit www.digit.ru" yazır.




20/08/13    Çap et