Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” sentyabrın 10-da “iPhone” smartfonunun büdcəyə uyğun versiyasını təqdim edəcək
“Apple” şirkətinin məhsulunun quraşdırılması ilə məşğul olan Tayvanın “Foxconn” şirkəti bu ilin sentyabrında “iPhone” smartfonunun iki yeni versiyasının tədarükünə başlayacaq. “Apple” şirkəti sözügedən yenilikləri rəsmən sentyabrda təqdim edəcək. Bu barədə öz mənbələrinə istinadən “The Wall Street Journal” qəzeti yazıb.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “iPhone” smartfonunun büdcəyə uyğun versiyasının alüminium deyil, plastik korpusda hazırlanacağı gözlənilir. Qəzetin məlumatına görə, “Foxconn” amerika şirkətinin hələ elan edilməmiş smartfonlarının istehsalına bu ilin iyulunda başlayıb.
Dünən “NASDAQ” birjasında hərracların bağlanması zamanı “Apple”ın kotirovkası 1 səhm üçün 507,7 dollar təşkil edib. Şirkətin kapitallaşdırma dəyəri 461,2 milyard dollar olub.
Emil Hüseynov
20/08/13 Çap et