Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Barmaq izlərinin tanınması sistemi ilə təchiz edilmiş smartfonların satışına başlanıb
Cənubi Koreyanın "Pantek" firması barmaq izlərinin tanınması sistemi ilə təchiz edilmiş "Vega LTE Advanced /LTE-A/" smartfonlarının satışına başlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, smartfon yüksək təsvir ölçüsünə malik 5,6 düymlük ekranla təchiz edilib.
Cihazın arxa panelində gözlə görünməyən sensor quraşdırılıb. O, sahibin barmaq izlərini tanıyır və yadda saxlayır. Əgər barmaq izləri uyğun gəlmirsə, aparat 60-dək tətbiqi bloklayır və aparat sahibinin şəxsi məlumatları toxunulmaz qalır.
"Vega LTE-A" smartfonunun pərakəndə qiyməti 787,5 dollar təşkil edir.
Emil Hüseynov
21/08/13 Çap et