Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Canlı hüceyrələrdən mükəmməl kompüter yaradılacaq


Stenford Universitetinin biomühəndisləri "transkriptor"un - elektrona analoji olaraq təsir edən genetik tranzistorun ixtirasını elan ediblər.
 
Alimlərin bildirdiyinə görə, bu yolla canlı hüceyrələrdən mükəmməl kompüterin yaradılması üçün sonuncu çatışmayan qurucu blok yaradılıb.
Tədqiqatçılar iddia edir ki, biotranzistor ikiqat məntiqi əməliyyatları yenidən istehsal edir.
 
Transkriptorda elektronlar axını rolunu DNT zəncirində yerini dəyişən RNT-polimeraz fermenti yerinə yetirir.
 
RNT-nin əsas rolu hüceyrələrə sızmış prosesləri idarə etmək üçün DNT təlimatlarının ötürülməsindən ibarətdir.
 
Stenford alimləri bildirirlər ki, hazırda bitkilərin hüceyrələrini tənzimləyicilərə çevirmək və hətta xərçəng hüceyrələrində bölünmənin dayandırılmasına əmr vermək mümkündür.
 
Kamal Hacıyev




21/08/13    Çap et