Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” tərcümə xidməti “Google+” sosial şəbəkəsinə inteqrasiya edilib
İnternet nəhənginin mütəxəssisləri "Google+" sosial şəbəkəsinə "Google Translate" tərcümə xidmətini inteqrasiya edib. Beləliklə, sözügedən sosial şəbəkənin istifadəçiləri başqa dillərdə dərc edilən materialları başa düşə biləcəklər.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, maraqlı özəlliklərdən biri odur ki, inteqrasiya edilmiş xidmət "Google+" sosial şəbəkəsində bütün səhifələri deyil, yalnız lazımi bölmələri – şərhləri və ya xəbər lentlərindəki mesajları tərcümə edir. Bundan ötrü hər bir müvafiq blokda "Google Translate" adlanan xüsusi düymə peyda olur.
Emil Hüseynov
21/08/13 Çap et