Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ Milli Təhlükəsizlik Agentliyi Amerika internet seqmentinin 75%-ni izləyir


"The Wall Street Journal" nəşri yazıb ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) ölkənin internet kommunikasiyaları üzərindən keçən informasiyanın 75%-ni izləmək imkanına malikdir.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Agentliyi elektron poçt üzərindən göndərilmiş məktubların tərkibinə baxır, həmçinin İnternet şəbəkəsi üzərindən edilmiş telefon zənglərini izləyir.

Qəzet, həmçinin bildirib ki, MTA bu məsələ ilə əlaqədar Amerikanın telekommunikasiya şirkətləri ilə əməkdaşlıq edir. Məsələn, məqalədə Amerikanın ən böyük provayderlərindən biri "AT&T" şirkətinin adı çəkilib. MTA, həmçinin xüsusi proqramlardan istifadə edir.

Nəşr həmçinin yazır ki, MTA ABŞ ərazisində, demək olar ki, bütün internet məkanını tamamilə qanuni şəkildə izləyir. Belə ki, 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktından sonra ölkə hökumətindən müvafiq icazə alıb.

Emil Hüseynov




21/08/13    Çap et