Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IBM” şirkəti Azərbaycan mütəxəssislərini İT infrastrukturunun yaradılmasına yeni yanaşma ilə tanış edəcək
Bakıda sentyabrın 13-də “IBM PureSystems - inteqrasiya təcrübə ilə sistemlərinin yeni nəsil” adlı konfrans keçiriləcək.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə şirkətin Özbəkistan nümayəndəliyinin, MDB ölkələrində servis biznesinin rəhbərləri, texniki ekspertləri iştirak edəcəklər.
Ekspertlər Azərbaycan İT mütəxəssislərini “IBM PureSystems” birləşdirilmiş ekspert sistemləri ilə, İT infrastrukturunun yaradılmasına yeni yanaşma ilə, “PureSystems” platformasında “bulud” həllərinin tətbiqi təcrübəsi ilə tanış edəcəklər.
Aynur Vəliyeva
21/08/13 Çap et