Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” şirkəti büdcəyə uyğun “106” və “107 Dual SİM” telefonlarını təqdim edib
“Nokia” şirkəti iki yeni büdcəyə uyğun mobil telefon təqdim edib: onlardan biri iki SİM kartı dəstəkləyir. Hər iki model mobil telefondan əsasən zəng, mətn mesajları və mobil əyləncələr üçün istifadə edənlər üçün əla seçim olacaq. “Nokia 107 Dual SİM” modeli, həmçinin eyni zamanda “MP3” pleyerdir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, birinci model klassik dizaynda hazırlanıb, bundan başqa su və toza qarşı dayanıqlı klaviaturaya malikdir. İki SİM kart dəstəkləyən “107 Dual SİM” modeli musiqilərin saxlanılması üçün 16 QB tutumunda yaddaş kartına malikdir. Həmçinin kalkulyator, taymer, danışan saat, saniyəölçən, ölçü konverteri, təqvim, zəngli saat, fənər, FM qəbuledici və oyunlar əlçatandır.
Hər iki modelin avtonom iş vaxtı yaxşıdır: “Nokia 106” üçün gözləmə rejimində 35 gün və “Nokia 107 Dual SİM” üçün gözləmənin rejimində 24 gün.
Emil Hüseynov
22/08/13 Çap et