Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt”da beynəlxalq audit aparılacaq


Azərbaycanın milli poçt operatoru "Azərpoçt"un yaxın günlərdə beynəlxalq auditi üzrə işlərə başlayacaq.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, artıq "Azərpoçt"un beynəlxalq auditin keçirilməsi üzrə tenderin qalibi müəyyən edilib və qalib auditor şirkəti ilə müqavilə imzalanıb.

"Bu tender "SECO"-nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına "Maliyyə xidmətlərinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində keçirilib. Yaxın günlərdə qalib şirkətin adı rəsmi elan ediləcək və şirkət artıq milli poçt operatorunun beynəlxalq auditinə başlayacaq. Bu qrant çərçivəsində elan edilmiş "Azərpoçt"un rebrendinqinin aparılması və poçt operatorunun işçiləri üçün təlimlərin keçirilməsi üzrə elan edilmiş iki tender beynəlxalq qurumun prosedurlarına əsasən davam edir",- deyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Xatırladaq ki, layihə çərçivəsində "Azərpoçt"a "SECO" tərəfindən 550 min dollar ayrılıb.

Aynur Vəliyeva




22/08/13    Çap et