Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Tacikistan və Qırğızıstanla “STEFİ” sistemi üzərindən elektron pulköçürməsinə başlayacaq
Azərbaycanın milli poçt operatoru “Azərpoçt” Tacikistan və Qırğızıstan poçt operatorları ilə “Secured Transfer of Electronic Financial Information (STEFI)” sistemi üzərindən elektron pul baratlarının mübadiləsinə başlamaq niyyətindədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bu ölkələrin poçt operatorları ilə danışıqlar aparılır.
Yaxın günlərdə artıq “STEFI” üzərindən elektron pul baratlarının mübadiləsi sistemi Özbəkistan poçt operatoru ilə istifadəyə verilib.
Özbəkistanla “STEFI” üzərindən sürətli pulköçürmələri sisteminin istifadəyə verilməsinə böyük tələbat olmadığına görə bu istiqamətdə işlər aparılmır. Hazırda Azərbaycan beynəlxalq pul göndərişləri üzrə "STEFİ" sistemi vasitəsilə Ukrayna, Rusiya, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.
Aynur Vəliyeva
22/08/13 Çap et