Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qabaqcıl Meksika hinduları öz mobil rabitə şəbəkəsini yaradıblar



 Meksikanın Oaxaka ştatında yerləşən “Talea” adlı kiçik hindu qəsəbəsinin sakinlərinin yaratdığı “Rede Celular de Talea” mobil rabitə  onlara öz aralarında və ölkənin başqa regionlarında yaşayan qohumları ilə əlaqə saxlamağa imkan verir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, çətin həyat şəraiti onları bu addımı atmağa vadar edib. Belə ki, böyük mobil rabitə operatorları sözügedən yaşayış məskənində öz xidmətlərini təqdim etməkdən imtina ediblər, onlar iqtisadi əlverişsizliyi buna səbəb kimi göstəriblər.

Belə olduğu halda qəsəbə sakinləri öz mobil rabitə stansiyalarını quraşdırıblar. Ondan istifadəyə görə hər bir həmkəndlidən ayda 1.2 dollar alınır. Xaricə bir dəqiqəlik zəngin qiyməti 0.02 dollar təşkil edir.

Emil Hüseynov
 
 
 




22/08/13    Çap et