Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” bu gün onu xatırlayır
“Google” bu gün Klaude Debassini xatırlayır. “Google- Doodle” bəstəkarın əsərinə uyğun hazırlanan video internet istifadəçilərinin diqqətini cəlb edir.
XX əsrin ən tanınmış fransız bəstəkarlarından biri Klaude Debassinin 151 illiyidir. Fredrik Şopendən sonra piano musiqisinin ən önəmli nümayəndələrindən biri sayılır. Musiqi qabiliyyəti Şopenin tələbəsi olan Maut de Fleurvile tərəfindən kəşf edilib. Debassi 1872-ci ildən 10 il musiqi təhsili alıb. 1884-cü ildə Roma mükafatını alaraq Romada 3 il təhsil almaq şansını qazanıb. 1890-cı illər Debassinin yaradıcılığının ən gözəl dövrü sayılır. Onun “Pelllas”, “Melisande” operaları 1902-ci ildə təqdim ediləndə dünya şöhrətini qazanıb. Debassi bütün Avropa şəhərlərini gəzərək əsərlərini pianoçu və orkestr şefi olaraq səsləndirib.
Klaudenin “Nokturen”, “Dəniz” orkestr əsərləri, çox sayda piano əsərləri, müxtəlif mahnıları, balet musiqi və operası ilə yerini tutub.
Xərçəng xəstəliyinə tutulan və buna görə enerjisi tükənən Debassi, hər şeyə baxmayaraq, bəstəkarlıq fəaliyyətini davam etdirdi. Ancaq I Dünya müharibəsində musiqiyə həvəsini itirdi. “Bu qədər insan qəhrəmancasına ölümlə döyüşən zaman nə gülə, nə də ağlaya bilirəm” söyləyib. Daha sonra bəstələdiyi musiqilərdə xalqını mübarizəyə səsləyib. Son əsəri olan piano və skripka üçün sonatanı 1917-ci ildə Debassi özü səsləndirib.
Debassi 1918-ci ildə mart ayında Paris bombardman edilən zamanı həyatını itirib. 56 yaşında vəfat edən Debassi əsərləri ilə bu gün də öz sözünü deyə bilir.
Kamal Hacıyev
22/08/13 Çap et