Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Günəş batareyalarının qiyməti 7 dəfə ucuzlaşacaq


İsveçrənin Lozanna Federal Politexnik Məktəbi və Avstraliyanın Yeni Cənubi Uels Universitetinin alim fizikləri bildiriblər ki, onlar günəş batareyalarının istehsal dəyərini xeyli dərəcədə azaltmaq üçün üsul tapıblar. Sirr ondan ibarətdir ki, adi silisiumun əvəzinə perovskit mineralından istifadə edilir.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, sözügedən mineral ilk dəfə hələ 2009-cü ildə günəş batareyalarının yaradılmasında istifadə edilib, lakin o zaman yaradılan batareyaların qiyməti ucuz olsa da, günəş enerjisinin yalnız 3.5%-ni elektrik enerjisinə çevirirdi. Bir sıra təkmilləşdirilmələrdən sonra yeni perovskit günəş batareyalarının faydalı iş əmsalı 15% təşkil edib. Alimlər deyiblər ki, bu göstəricini 25%-dək təkmilləşdirmək olar.

Emil Hüseynov
 




22/08/13    Çap et