Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakinternet” internet bazarına liderlik edir


Azərbaycandakı internet xidmətləri bazarının ikinci səviyyəli internet provayderləri “Bakinternet” və “Uninet” bazara liderlik edirlər. “Connect” şirkəti isə “Azeronline” şirkətini sıxışdıraraq internet xidmətləri bazarının liderlər üçlüyünə yenidən daxil olub. Bunu “Delta Telecom” şirkətinə məxsus olan magistral provayderin saytında yerləşən interaktiv qrafık göstərir. Qrafika görə, geniş-zolaqlı internet-trafikdə “Bakinternet”in payı 19,76% “Uninet”in payı isə 11,78% təşkil edir. Daha sonra gəlir “Stelford” (Connect) - 10,45%, “Dataplus” -8,07%, “Superonline” - 6,97%, “Ultel” - 5,39%, “Adanet” - 3,62%, “Aztelekom” - 4,5%, “Azstarnet” - 3,09%, “Azeurotel” 2,63%, “Smart” - 2,18%, “Avirtel” - 1,57%, “Transeurocom”- 1,38%, “Nakchivan” - 0,98%, “Azdatacom” (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi) - 0,94%, “Aznet” - 0,41%, “Datacell” - 0,00%, “Caspel” - 0,36%, “İntrans” - 0,29%, “Bakcell” - 0,57%, “Azintex” - 0,31%, “Castel” - 0,37%, “Azerin” - 0,11%, “Globalnet” - 0,14%. “Azerfon” internetə “Azertelecom” şirkətinin broadband-şəbəkəsindən daxil olur (trafik – təxminən 0,60%). “Azercell Telecom” şirkətinə gəldikdə isə bu operatorun məlumatları qrafikdə əks olunmayıb, çünki bu operator “Delta Telecom” xidmətlərindən istifadə etmir və internet-trafiki öz “Azeronline” filialının platformasından alır.




08/08/11    Çap et