Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlin sonunadək 8 nüvəli prosessorla təchiz edilmiş smartfonlar əlçatan olacaq
“Xiaomi Technology” şirkəti ilin sonunadək 8 nüvəli “MediaTek MT-6592” prosessoru ilə təchiz edilmiş smartfonunu istehsal edəcək.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, sözügedən qurğunun xüsusiyyətləri haqqında ətraflı məlumat yoxdur, lakin məlumdur ki, o, Çin ərazisində əlçatan olacaq.
Həmçinin 8 nüvəli “MediaTek” prosessoru Çinin “Lenovo”, “Oppo Mobile”, “Gionee” və “Vivo” kimi istehsalçılarının gələcək smartfon modelləri təchiz ediləcək.
Emil Hüseynov
23/08/13 Çap et