Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məktəblərdə İKT-nin tətbiqi vəziyyəti ilə bağlı monitorinqlərə müstəqil qurumlar da cəlb olunacaq
Azərbaycanın ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi vəziyyəti ilə bağlı monitorinqlərin aparılması prosesinə müstəqil qurumlar da cəlb olunacaq. Bu barədə Təhsil Nazirliyindən (TN) məlumat verilib.
Nazirlikdən bildirilib ki, TN tərəfindən mütəmadi olaraq ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyəti ilə bağlı monitorinqlər həyata keçirilir: “Bu sahə üzrə sonuncu monitorinq keçən il aparılıb, nəticələr ictimaiyyətə təqdim olunub və monitorinqin nəticələri üzrə müəyyən olunan problemlər həll edilib”.
Həqiqət İSABALAYEVA
23/08/13 Çap et