Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Wi-Fi” şüalarından qorunmağın yolları
İnternet olan hər evdə kabelsiz bağlantıya üstünlük verilməsi (Wi-Fi) standart halını alıb. “Wi-Fi” kəşf olunanda çoxlarımız bunu sevinclə qarşılasaq da, alimlərin araşdırmaları göstərdi ki, simsiz rabitə vasitəsinin üstün tərəfləri qədər, cana ziyanı da varmış.
Buna görə də bir sıra Avropa ölkələrində ictimai təşkilatlar hökumətdən tələb edirlər ki, ən çox uşaqlara təsir edən “Wi-Fi”-ın bağçalarda və orta məktəblərdə istifadəsi məhdudlaşdırılsın.
Mütəxəssislər “Wi-Fi”-dan az zərər çəkmək üçün aşağıdakıları məsləhət görür:
1) “Wi-Fi” aparatını insanın daha çox vaxt keçirdiyi yerlərdən (çarpayı, stol, divan) ən azı 1 metr uzağa qoymalı;
2) Böyük həcmdə faylları və videoları yalnız internetin sürəti yaxşı olduğu zaman yükləyin (əks halda, işləmək üçün əlavə güc sərf edən aparat daha çox şüa buraxır);
3) Modemdən istifadə etmədikdə söndürün, əks halda, o, yenə də şüa yayacaq;
4) Yatdığınız otaqda modem qoymayın.
Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yayım gücü aşağı olan “Wi-Fi”-ın insan orqanizmi üçün riskli olmadığını deyir.
Kamal Hacıyev
23/08/13 Çap et