Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın internet-xidmətlər bazarı 5 iri ikinci provayder


Azərbaycanın internet-xidmət bazarında internet-trafiki son istifadəçiyə çatdıran beş lider şirkət müəyyən olunub. Delta Telecom saytında yer almış ölkənin internet-provayderlərinin interaktiv cədvəlində aparıcı ikinci provayderlər “Bakinternet”, “Uninet” və birinci üçlükdə üçüncü yer uğrunda “Stelford” şirkəti ilə fəal rəqabət aparan “Azeronline” hələlik internet-xidmətlər bazarında lider mövqelərini saxlamaqdadırlar.
Geniş zolaqlı internet-trafik bazarında “Bakinternet” 19,75 faiz, “Uninet” 14,15 faiz, “Azeronline” 11,78 faiz, “Stelford” (Connect) 10,45 faiz, “Dataplus” 8,07 faiz paya malikdirlər. Bu provayderlərin ardınca “Superonline” (6,97faiz), “Aztelekom” (4,5 faiz), “Adanet” (3,62 faiz), “Astarnet” (3,09 faiz) gəlirlər.
İnternet-xidmət bazarının ən passiv iştirakçıları “Azeurotel” (2,63 faiz), “Smart” (2,18 faiz), “Avirtel” (1,57 faiz), “Transeurocom”, “Caspel” (0,37 faiz), “Aznet” (0,41 faiz), “Intrans” (0,29 faiz), “Castel” (0,37faiz), “Azintex” (0,31 faiz), “Globalnet” (0,14 faiz) və “Azərin”dir (0,11 faiz) .




10/08/11    Çap et