Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hollandiyada ilk 7 "Stiv Cobs" məktəbi açılıb


Hollandiyada ilk 7 "Stiv Cobs" məktəbi öz işinə başlayıb. Sözügedən məktəblərdə "iPad" planşetləri dərslik və lövhələri əvəz edir. Bəzi təhsil müəssisələrində cihaz bütün sinif, digərlərində yalnız ibtidai sinif şagirdləri tərəfindən  istifadə olunur.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "O4NT" (Education for a New Era Foundation)  tətbiq edilən təhsil metodu olduqca səmərəlidir. Hesab edilir ki, hazırda hər bir şagird  daha çox bilik əldə edəcək. Baxdığımız halda müəllim materialı başa salan yox, daha çox təlimçidir.

Emil Hüseynov
 
 
 
 
 




23/08/13    Çap et