Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
5,75 millimetr qalınlığında “HD” formatlı ekrana malik smartfon
“BBK” şirkəti saytında “Vivo X3” smartfonu haqqında informasiya dərc edib: korpusun qalınlığı cəmisi 5,75 millimetr təşkil edir. Aparat 5 düymlük “HD” formatlı ekran, 1.5 QHs takt tezlikli dördnüvəli “MediaTek” prosessoru, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib. Qurğunun çəkisi 150 qram təşkil edir, akkumulyator batareyasının tutumu 2000 milliamper/saata bərabərdir.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, dünyanın ən nazik smartfonlarından biri “Android 4.2 Jelly Bean” platforması ilə işləyir və simsiz idarəetmə jestlərini tanıyır. Həmçinin 8 meqapiksellik əsas və 5 meqapiksellik ön kamera mövcuddur.
Emil Hüseynov
23/08/13 Çap et