Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda bütün arayışları elektron formada almaq olacaq
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ”Elektron hökumət”in inkişafı üzrə yeni proqram hazırlayıb.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “ICTnews” xəbər xidmətinin ölkədə elektron arayışların verilməsi ilə bağlı sualını cavablandıraraq qeyd edib ki, bu proqramın tətbiqinə başlandıqdan sonra göstərilən xidmətlərin elektronlaşması prosesi gücləndiriləcək.
“Bu il yanvarın 1-dən etibarən artıq Azərbaycanda elektron dövlət xidmətlərinin göstərilməsinə başlanılıb. Avqust ayının 1-nə olan məlumata əsasən, əhaliyə dövlət orqanları tərəfindən 300 mindən çox elektron dövlət xidməti göstərilib. Yeni proqram üzərində işlər son mərhələdədir və onun tətbiqi ilə dövlət orqanlarının xidmətlərinin elektronlaşması prosesi gücləndiriləcək”,- deyə nazir bildirib.
Aynur Vəliyeva
23/08/13 Çap et