Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Apple" elastik noutbuklar istehsal edəcək
"Apple" korporasiyası bərk materialların emalı texnologiyasını patentləyib, onların köməkliyi ilə yığcam texnikanın (məsələn, noutbuk) detallarının hissələrini elastik hazırlamaq olar. Müvafiq patent ərizəsi ABŞ-ın Ticarət markaları və patentlər üzrə bürosunun rəsmi saytında yerləşdirilib .
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni texnologiya "Interlocking flexible segments formed from a rigid material" adlanır. Amerika şirkəti bərk materiallar dedikdə metal, ərinti və plastmas nəzərdə tutur.
"Apple" sözügedən ərizəni 2013-cü ilin fevralın ortalarında ABŞ-ın Ticarət markaları və patentlər üzrə bürosuna göndərib. Cümə axşamı büro ərizə ilə bağlı müsbət qərar verib.
Emil Hüseynov
24/08/13 Çap et