Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda virtual xidmətlərin genişləndirilməsi planlaşdırılır
Azərbaycanda İKT sektorunun inkişafının növbəti mərhələsində virtual xidmətlərin daha da genişləndirilməsi nəzərdə tutulub.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, hazırda Azərbaycan internet resursları əksər hallarda Qərbi Avropa və yaxud da Şimali Amerikada yerləşən serverlərdə saxlanılır.
“Gələcəkdə “*.az” domen zonasının genişləndirilməsi üçün müvafiq proqramlar çərçivəsində elektron təhsil, elektron ticarət, elektron tibb, elektron sosial xidmətlərin göstərilməsi, virtual bazarın genişləndirilməsi tələb olunur”,- deyə nazir bildirib.
Ə. Abbasov qeyd edib ki, elektron hökumət xidmətlərinin gücləndirilməsi nazirliyin əsas məqsədlərindən biridir. “Bu prosesdə əsas maneələrdən biri texnoloji problemlərdir və məmurların dövlət orqanlarının fəaliyyətinin elektronlaşmasına həvəssiz yanaşmasıdır.
Azərbaycanda qəbul edilmiş Korrupsiya ilə mübarizə, Əhaliyə sosial xidmətlərin göstərilməsi və s. proqramlar çərçivəsində dövlət xidmətlərinin elektronlaşması əsas məsələlərdən biridir və bu, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının artırılmasına yönəldilmiş proqramlardır. İKT-nin inkişafının digər iki əsas amilləri insanların şəxsi məlumatlarının informasiyalarının təhlükəsizliyinin qorunması və internetdə fikir azadlığının təmin edilməsidir. Hazırda bu istiqamətdə qanunvericilik bazası hazırlanır, beynəlxalq tədbirlərin ölkədə keçirilməsi istiqamətində işlər aparılır, İTU və digər beynəlxalq təşkilatlarla əlaqələr genişləndirilir, təcrübə mübadiləsi üçün şərait yaradılır”, - deyə nazir qeyd edib.
Aynur Vəliyeva
24/08/13 Çap et