Regionlarda gənclərə internetin imkanları öyrədilir
Azərbaycanın bölgələrində yaşayan gənclərin internetdən istifadə edərək özlərinə karyera qurmaları üçün növbəti maarifləndirici addımlar atılıb.
“ICTnews.az”-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Həmrəyliyi” İctimai Birliyi “Region gənclərinin internet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması” layihəsi çərçivəsində Şirvan şəhərində gənc müəllimlər üçün təlim keçirib.
Təlimlər zamanı gənclər internetin imkanlarından daha səmərəli istifadə yolları, iş saytları, uğurlu karyera haqqında dəyərli məlumatlar alıblar.
Təlimləri ölkənin bir sıra tanınmış mütəxəssisləri həyata keçirib. Sözügedən kurslar interaktiv mühitdə davam etdirilib. Treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları paylanılıb.
Təlimin sonunda iştirakçılara diplomlar təqdim edilib.
SEYMUR